525.Az

Kəmaləddin Heydərov Lənkəranda vətəndaşlarla görüşəcək


 

Kəmaləddin Heydərov Lənkəranda vətəndaşlarla görüşəcək<b style="color:red"></b> Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.

525.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, qəbul 31 may tarixində saat 10:00-da başlayacaq. Qəbulda yalnız Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarının sakinləri, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin inzibati binasında (ünvan: Lənkəran şəhəri, Lənkəran-Astara şosesi, Digah kəndi) 29 may 2013-cü il tarixində saat 14:00-dan başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
 
Əlaqə: tel: 994 (12) 512-01-14
e-mail: [email protected]
 





29.05.2013    çap et  çap et