525.Az

Rusiyanın üç aviaşirkəti Azərbaycana uçacaq


 

Rusiyanın üç aviaşirkəti Azərbaycana uçacaq<b style="color:red"></b>

Rusiyanın üç aviaşirkəti Azərbaycana uçuşlar yerinə yetirmək üçün Hava Nəqliyyatı üzrə Federal Agentliyinin icazəsini alıb.
 
"APA-Economics" xəbər verir ki, bu barədə adıçəkilən qurumun yaydığı məlumatda deyilir.
 
Məlumata əsasən, "İkar" aviaşirkəti Moskvanın "Jukovski" hava limanından Gəncəyə uçmaq üçün icazə alıb. Aviareyslər hər gün yerinə yetiriləcək.

"Saratov hava yolları" şirkəti isə Saratov-Bakı və Ufa-Bakı istiqamətləri üzrə uçuşların yerinə yetirilməsinə icazə alıb. Hər iki istiqamət üzrə aviareyslər həftədə iki dəfə həyata keçiriləcək.

"NordStar" aviaşirkəti isə aldığı müvafiq icazə əsasında həftədə bir dəfə Yekaterinburqdan Bakıya uçacaq.

 





28.09.2017    çap et  çap et