Sentyabrın 29-da Şimali Kipr Türk Cümhuriyyətinin təhsil və mədəniyyət naziri Özdəmir Berovanın başçılıq etdiyi nümayəndə heyəti və Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Üfüq Turganer Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olublar.
Görüş zamanı Azərbaycan ədəbiyyatının və dilinin Kipr universitetlərində tədrisi, Mərkəzin Azərbaycanın tarixi, qədim mədəniyyəti, Qarabağ hadisələri ilə bağlı 10 dildə yayımladığı “Azərbaycan həqiqətləri”nin kütləvi yayımı məsələləri müzakirə olunub.
Görüşün sonunda Şimali Kipr Türk Cümhuriyyətinin Təhsil və Mədəniyyət nazirliyi tərəfindən Mərkəzin direktoru Afaq Məsuda xatirə hədiyyəsi təqdim olunub.
çap et