525.Az

Yazıçılar Biləsuvarda məcburi köçkünlərlə görüşdülər


 

Yazıçılar Biləsuvarda məcburi köçkünlərlə görüşdülər<b style="color:red"></b>

Sentyabrın 27-də Cəbrayıl məcburi köçkün qəsəbəsində (Biləsuvar) "Azərbaycan Yazarlar Klubu" İctimai Birliyinin "Canımız Qarabağ, Yazımız Qarabağ 2" layihəsi çərçivəsində ziyalılar, gənclər və ictimaiyyətin müxtəlif nümayəndələrilə görüş keçirilib.

Görüşdə layihənin rəhbəri, İctimai Birliyin sədri, yazıçı Elçin Hüseynbəyli, tanınmış söz adamlarından Zəka Vilayətoğlu, Fərqanə Mehdiyeva, Güləmail Murad və şair İlqar Türkoğlu iştirak ediblər.

Görüş iştirakçıları öncə Qarabağ savaşı ilə bağlı yeni çıxan kitabların və film-disklərin sərgisilə tanış olublar və sonda həmin kitablar rayon kitabxanasına təhvil verilib.

Elçin Hüseynbəyli çıxış edərək, layihənin məqsədi barədə məlumat verib. O bildirib ki, layihə ordumuza dəstək və Qarabağ uğrunda müqəddəs savaşımıza yazarlar tərəfindən töhfə məqsədi daşıyır.

Yazıçı onu da xatırladır ki, oxşar tədbir ötən ilin noyabrında həm bu məkanda, həm də digər cəbhə bölgələrində keçirilib. Oktyabrın əvvəllərində isə Füzuliyə və Cocuq Mərcanlıya da yazarların səfəri planlaşdırılır.

Daha sonra Bakıdan gələn qonaqlar çıxış ediblər. Onlar yurd həsrəti çəkən soydaşlarının dərdinə şərik olduqlarını deyiblər və bu ruhda şeirlər söyləyiblər.

 





29.09.2017    çap et  çap et