525.Az

İkinci peykin orbitə çıxarılacağı vaxt açıqlandı


 

İkinci peykin orbitə çıxarılacağı vaxt açıqlandı<b style="color:red"></b>

"Azərbaycanın ikinci telekommunikasiya peykinin ("Azerspace-2") 2018-ci ildə orbitə çıxarılması ilə bağlı işlər plan üzrə gedir".

"APA-Economics" xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Impact" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu peyk regionda şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbatı qarşılayaraq yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək: "Yeni peyk həm də birinci telekommunikasiya peykinin ("Azerspace-1") orbitdəki ehtiyatı olacaq. "Azerspace-1"-in özü də uğurla fəaliyyət göstərir və dünyanın 22 ölkəsində müştəri bazası var. Peykin tutumunun 75 faizi artıq kommersiyalaşdırılıb", - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, kosmik sənayemizin vacib resurslarından biri də Yerin müşahidə peyki olan "Azersky"dır: "Hazırda "Azersky" peyki müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi sahələrdə geniş şəkildə tətbiq olunur. Sevindirici haldır ki, peyklərimiz tam olaraq yerli mütəxəssislər tərəfindən idarə olunur".

 





29.09.2017    çap et  çap et