525.Az

Bakıda "İslam Həmrəyliyi - Azərbaycan nümunəsi"


 

Bakıda "İslam Həmrəyliyi - Azərbaycan nümunəsi" <b style="color:red"></b>

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi "İslam Həmrəyliyi - Azərbaycan nümunəsi" adlı növbəti tədbirini Bakı şəhərində keçirib.

Tədbirin əhəmiyyəti haqqında geniş danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, Azərbaycan prezdenti İlham Əliyev tərəfindən 2017- ci ili ölkəmizdə “İslam Həmrəyli ili” elan olunması hər bir inanclı ölkə vətəndaşının sevincinə səbəb olub:

“İslam tarixində həzrəti Huseynin şəhadəti münasibətilə ölkəmizdə keçirilən Aşura mərasimləri birlik və bərabərliyimizin, eləcədə sevgili Peyğəmbərimiz, onun Əhli- Beytinə xalqımızın tükənməz sevgisinin təzahürüdür.

Şəhidlik və onun mahiyyəti barədə bir çox insanlarımızda doğru olmayan fikirlər var və yanlışlıq bəzən özünü açıq şəkildə göstərir. Lakin bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyilə ərsəyə gələn “Şəhadət” adlı sənədli filmdə şəhidlik məqamının ucalığı ilə yanaşı, radikal “dindarların” ifşası fərqli nümunələri özündə ehtiva edir.

Film bugünkü günümüzlə səsləşən olmaqla bərabər, həm də çox maarifləndirici əhəmiyyəti var.

Bu anlamda hesab edirəm ki, ölkənin ziyalı xanımlarının ölkədə birlik və bərabərliyimizin mühafizəsi yolunda xidməti daha çox təsir edici qüvvəyə malikdir. Milli mənafelərimizə, dövlətin prinsiplərinə xələl gətirəcək yad düşüncələrdən və zərərli təsirlərdən övladlarımızı qorumaq hər birimizin şərəf işi olmalıdır”.

Tədbirin sonunda Kərbəla və Qarabağ şəhidlərinin mübarək ruhlarına ehsan verilib.

 





02.10.2017    çap et  çap et