525.Az

Anqlofonlar müstəqilliyini elan etdi


 

Anqlofonlar müstəqilliyini elan etdi<b style="color:red"></b> Kamerunun Anqlofon bölgəsindəki ingilisdilli separatçı qüvvələr simvolik olaraq öz müstəqilliklərini elan ediblər.

525.az-ın BBC news-a istinadən verdiyi məlumata görə, təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsinin nəticəsində azı 7 nəfər dünyasını dəyişib.

Qüvvələr daha əvvəl fransız və ingilis dilli bölgələrin birləşməsinin 1illiyində “Ambazoniya” adlı müstəqil dövlət quracaqlarını söyləyib.

Müstəqillik elanı özünü müstəqil “Ambazoniya prezidenti" adlandıran separatçı lider Sisiku Ayuk tərəfindən dünən sosial şəbəkələrdən elan olunub:

“Artıq Kamerunun köləsi olmayacağıq. Bu gündən etibarən mirasımız və torpaqlarımız üzərindəki muxtariyyətimizi gücləndirməyə başlayırıq”.

Hökümət separatçıların açıqlamasından sonra ölkənin cənub-qərbindəki Bueya və şimal-qərbindəki Bamenda kəndlərində öz əsgərlərini yerləşdirib.

Xədicə RƏHMAN
 





02.10.2017    çap et  çap et