525.Az

Xanəndələrimiz səfərdən qayıdıblar


 

Xanəndələrimiz səfərdən qayıdıblar<b style="color:red"></b>

Bu günlərdə  gənc xanəndələr Aytən Məhərrəmova və Vqar Musayev Tacikistan səfərindən qayıdıblar.

Düşənbə Milli Konservatoriyasında konsert proqramı ilə çıxış edən xanəndələri tarda Ədalət Behbudov, kamaçada Pərviz Fərhadov müşaiyət ediblər. Xanəndə Aytən Məhərrəmova bildirib ki, konsert çox yüksək səviyyədə keçib. Azərbaycanlı xanəndələrin ifaları maraqla qarşılanıb və alqışlarla müşaiyət olunub. Konsertdə Tacikistan Konservatoriyasının müəllimi Xurşid İbrahimov və onun tələbəsi gənc xanəndələrlə eyni səhnəni paylaşıblar.  Xanəndələr həmçinin 28 may Respublika günü münasibəti ilə Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun təşkilatçılığı ilə keçirilən konsert proqramı ilə çıxış ediblər.

GÜNEL

 





29.05.2013    çap et  çap et