525.Az

Rusiya və ABŞ Baş Qərargah rəisləri arasında telefon danışığı


 

Rusiya və ABŞ Baş Qərargah rəisləri arasında telefon danışığı<b style="color:red"></b> Oktyabrın 2-də  Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danford arasında telefon danışığı olub.
 
Rusiya Müdafiə nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, söhbət ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
 
Söhbət zamanı V.Gerasimov və C.Danford Yaxın Şərq regionunda vəziyyətin inkişafının müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər müzakirə olunan məsələlər üzrə təmasları davam etdirməyə razılaşıblar.
 





03.10.2017    çap et  çap et