525.Az

Las-Veqasda qətliam törədən şəxs böyük məbləğdə pul transferi həyata keçiribmiş


 

Las-Veqasda qətliam törədən şəxs böyük məbləğdə pul transferi həyata keçiribmiş<b style="color:red"></b> ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarını atəşə tutan 64 yaşlı Stiven Paddok hadisədən əvvəl kazinoda qumar oyunları ilə bağlı böyük məbləğdə pul transferi həyata keçirib.
 
APA-nın xəbərinə görə, bu barədə NBC telekanalı ABŞ hüquq-mühafizə orqanlarına istinadən məlumat verib.
 
Məlumata əsasən, söhbət on minlərlə dollar məbləğində pul köçürməsindən gedir. Hələ ki, pul transferinin Paddokun kazinoda udub-uduzmaması ilə əlaqəsi müəyyən edilməyib. Cinayətkarın qardaşı Erik Paddok Stivenin tez-tez hotellərdəki kazinolara getdiyini, orada qumar oyunları oynadığını təsdiqləyib.
 
Qeyd edək ki, bu gecə “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında musiqi festivalında atışma baş verib. Hotelin 32-ci mərtəbəsindən festival iştirakçılarının atəşə tutulması nəticəsində 58 nəfər ölüb, təxminən 515-i nəfər yaralanıb. Hadisəni törədən Stiven Paddok polis tərəfindən tutulacağını görüb özünü öldürüb.
 





03.10.2017    çap et  çap et