525.Az

“İran və Türkiyə İraqın kürd muxtariyyətində keçirilmiş referendumu tanımır”


 

“İran və Türkiyə İraqın kürd muxtariyyətində keçirilmiş referendumu tanımır”<b style="color:red"></b> İran və Türkiyə İraqın kürd muxtariyyətində keçirilmiş referendumu qeyri-qanuni hesab edir və nəticələrini  tanımır.
 
APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmməd Bakeri türkiyəli həmkarı Hulusi Akarla görüşündən  sonra deyib.
 
“Biz İraq Kürdüstanında keçirilən referendum və bununla bağlı ölkələrimizə olan təhdidləri müzakirə etdik. İran və Türkiyə olaraq İraqın ərazi bütövlüyünü dəstəklədiyimizi və referendumun nəticələrini tanımadığımızı bir daha təsdiqlədik”, deyə M.Bakeri qeyd edib. 
 
Məlumata əsasən, tərəflər həmçinin sərhədlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində daha fəal əməkdaşlıq barədə razılığa gəliblər.
 
Qeyd edək ki, Tehrana səfər edən Türkiyә Silahlı Qüvvәlәrinin baş qәrargah rәisi Hulusi Akar ölkə prezidenti Həsən Ruhani ilə də görüşüb.
 
Xatırladaq ki, sentyabrın 25-də İraqın şimalındakı kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Səsvermədə iştirak edənlərin 92,73%-nin müstəqilliyin lehinə səs verib.
 





03.10.2017    çap et  çap et