525.Az

İspaniya rəsmisi Tərcümə Mərkəzində


 

İspaniya rəsmisi Tərcümə Mərkəzində<b style="color:red"></b>

Oktyabrın 3-də İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqnasio Sançes Taboada Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Mərkəzdən 525.az-a verilən məlumata görə, Görüşdə Azərbaycan-İspaniya ədəbi-mədəni əlaqələrinin inkişaf etdirilməsi yollarından, Tərcümə Mərkəzinin bu istiqamətdə həyata keçirdiyi beynəlxalq layihələrdən, müxtəlif dövrlərdə Azərbaycan dilinə tərcümə və nəşr olunmuş Kamilo Xose Sela, Federiko Qarsiya Lorka, Eduardo Mendosa, Migel Delibes, Alvaro Kunkeyro, Antonio Maçado, Хuan Ramon Хimenes və digər bu kimi tanınmış ispan ədiblərinin əsərlərindən söz açılıb. Artıq bir çox dillərə tərcümə edilmiş “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın İspaniyada nəşrinə dair məsələlər müzakirə olunub.

Görüşün sonunda qonağa mərkəzin ispan ədəbiyyatı üzrə nəşrləri hədiyyə edilib.

 





03.10.2017    çap et  çap et