525.Az

"Məmməd Araz poeziya günü" geniş qeyd olunacaq


 

"Məmməd Araz poeziya günü" geniş qeyd olunacaq<b style="color:red"></b>

Xalq şairi Məmməd Arazın adını daşıya poeziya gününə tezliklə start veriləcək.
 
Layihənin ideya müəllifi Qardaşxan Əzizxanlı bildirib ki, ikinci dəfə təşkil olunacaq Məmməd Araz Poeziya Gününə Yazıçılar Birliyi ilə yanaşı, Bilik Fondu da dəstək verəcək.
 
Paytaxtdan kənarda da tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bir neçə məktəbdə Məmməd Araz yaradıcılığına həsr olunmuş müsabiqə elan olunub və qaliblər şairin doğum günü ərəfəsində mükafatlandırılacaq.

Silsilə tədbirlər Fəxri xiyabanda ustad şairin məzarının ziyarət olunması ilə yekunlaşacaq.

Q.Əzizxanlı deyib ki, Məmməd Araz Poeziya Günü ilk dəfə ötən ilin oktyabrında şairin doğum günü münasibətilə keçirilib.

Şairin məzarını ziyarətlə başlayan tədbir Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda davam etdirilib.

Tanınmış ictimai xadimlərin, elm, sənət adamlarının, tələbələrin, M.Araz irsinin araşdırıcılarının qatıldığı tədbir ölkənin aparıcı informasiya agentliklərində, telekanallarda və mətbuatda geniş şəkildə işıqlandırılıb:

"İnanıram ki, bu dəfə də belə olacaq və ikinci dəfə keçirilən Məmməd Araz Poeziya Günü də geniş ictimaiyyətə layiqincə çatdırılacaq.

 

 





03.10.2017    çap et  çap et