525.Az

ABŞ-da ölkə üçün ən böyük təhlükə açıqlandı


 

ABŞ-da ölkə üçün ən böyük təhlükə açıqlandı<b style="color:red"></b>

Kiber təhlükəsizlik sahəsindəki təhlükə ABŞ üçün ən böyük risk olaraq qalmaqdadır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ daxili təhlükəsizlik nazirinin köməkçisi Canet Manfra Nümayəndələr Palatasında keçirilən dinləmələrdə bildirib. 
 
“Kiber təhlükə ABŞ üçün ən böyük strateji təhlükə olaraq qalmaqdadır. Kiber məkandakı risklər ölkənin milli təhlükəsizlik, iqtisadi inkişaf, əhalinin sağlamlığı və onun təhlükəsizliyinə təhdid yaradır. Düşmənləriniz sərhədlərimizi işıq sürəti ilə pozub keçir”, - deyə Canet Manfra bildirib. 
 
Onun sözlərinə görə, bu sahədəki təhdidlər xeyli artaraq yeni mərhələyə keçib, daxili təhlükəsizlik nazirliyi kiber təhlükələrin qarşısının alınması istiqamətində tədbirlər görməkdədir.

 





04.10.2017    çap et  çap et