525.Az

ABŞ Şimali Koreya ilə danışıqlar üçün şərtləri açıqladı


 

ABŞ Şimali Koreya ilə danışıqlar üçün şərtləri açıqladı<b style="color:red"></b> Pxenyanın nüvə və raket sınaqlarını davam etdirməsi KXDR-lə danışıqların aparılmasını mümkünsüz edir.

APA-nın xəbərinə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert danışıb. 
 
“Əlbəttə, hazırda onlarla danışıqların aparılmasının vaxtı deyil. KXDR nüvə və raket sınaqlarını davam etdirdikcə, danışıqlara başlamaq mümkünsüzdür”, - deyə Nauert qeyd edib.
 
Onun sözlərinə görə, Pxenyanla danışıqlar hazırda Koreya müharibəsi dövründə (1950-53 illərdə) əsir və itkin düşmüş amerikalıların aqibəti ətrafında aparılır.
 





04.10.2017    çap et  çap et