525.Az

"Cəbhət-ən-Nüsra"nın komandanlığı məhv edildi


 

"Cəbhət-ən-Nüsra"nın komandanlığı məhv edildi<b style="color:red"></b> Rusiya Hava Kosmik Qüvvələrinin xüsusi əməliyyatı nəticəsində Suriyada "Cəbhət-ən-Nüsra" beynəlxalq terror qruplaşmasının komandanlığı məhv edilib.
 
APA-nın məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, qruplaşmanın başçısı Əbu Məhəmməd əl-Culyani əllərini itirib və ağır vəziyyətdədir.
 
İ. Konaşenkov əlavə edib ki, Rusiya aviasiyası "Cəbhət-ən-Nüsra"nın 12 səhra komandirini məhv edib. Öldürülənlər arasında əl-Culyaninin ən yaxın köməkçisi, qruplaşmanın təhlükəsizlik xidmətinin rəisi Əhməd əl-Qizai də var.
 





04.10.2017    çap et  çap et