525.Az

Rusiyada azərbaycanlılarla taciklər arasında dava düşdü: xəsarət alanlar var


 

Rusiyada azərbaycanlılarla taciklər arasında dava düşdü: <b style="color:red">xəsarət alanlar var</b> Rusiyanın Yekaterinburq  şəhərindəki 4 saylı meyvə-tərəvəz bazasında azərbaycanlılarla taciklər arasında satış yerləri üstündə kütləvi dava baş verib.
 
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, tərəflər odlu silah,  bıçaq və dəyənəklərdən istifadə ediblər. Hadisə yerinə gələn çoxlu sayda polis dava edənləri güclə sakitləşdirib.
 
Olay zamanı onlarla şəxs xəsarət alıb. İki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Hazırda araşdırma aparılır.
 
 





30.05.2013    çap et  çap et