525.Az

"İŞİD qlobal terror təşkilatı yaratmaq niyyətindədir"


 

"İŞİD qlobal terror təşkilatı yaratmaq niyyətindədir"<b style="color:red"></b> İŞİD terror təşkilatı İraq və Suriyadakı məğlubiyyətindən sonra yeni qlobal terror şəbəkəsi yaratmaq niyyətindədir.
 
APA-nın xəbərinə görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov deyib.
 
“İŞİD liderləri və digər beynəlxalq terror təşkilatlarının əsas hədəfi dünya terror şəbəkəsini yaratmaqdır”, - deyə o bildirib.
 
Onun sözlərinə görə, hazırda terror təşkilatları qüvvələrini Yaxın Şərq regionu ətrafında məqsədyönlü şəkildə yaymaq istəyir.
 
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi "Ən-Nusra" terror qruplaşmasının komandanlığının məhv edilməsi barədə məlumat yayıb.
 





04.10.2017    çap et  çap et