525.Az

Tillerson: “İstefa barəsində heç zaman düşünməmişəm”


 

Tillerson: “İstefa barəsində heç zaman düşünməmişəm”<b style="color:red"></b> ABŞ-ın dövlət katibi Reks Tillerson istefaya getmək niyyətində olmadığını bəyan edib.
 
APA-nın məlumatına görə, bu barədə NBC News xəbər verib.
 
“İstefa barədə heç zaman düşünməmişəm. Postumu prezidentin qərarı ilə tuturam və nə qədər ki xidmətim faydalıdır, vəzifəmi tərk etməyəcəyəm”, deyə R.Tillerson vurğulayıb.
 
Qeyd edək ki, bundan əvvəl bir sıra KİV-ləri Tillersonun istefa verəcəyi barədə məlumat yayıb.
 





05.10.2017    çap et  çap et