525.Az

“Azərbaycan ədəbiyyatı” toplusu ərəb dilində


 

“Azərbaycan ədəbiyyatı” toplusu ərəb dilində<b style="color:red"></b>

2015-ci ildə ingiliscə çap olunan Mədəniyyət və Turizm Nazirliyi ilə “Hədəf” Nəşrlərinin birgə layihəsi - “Azərbaycan ədəbiyyatı” toplusu bu dəfə ərəbcə nəşr edilib.

525.az xəbər verir ki, Azərbaycan ədəbiyyatının 20 yazıçı və şairinin həyat və yaradıcılığı haqqında dolğun məlumat əks olunan toplu Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin təşəbbüsü ilə çapa hazırlanıb.

Toplunun müəllifi filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, məsləhətçiləri isə səfirliyin üçüncü katibləri - Sadıxov İmran və Qədirov Əlidir.

Layihə Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunub.

Koordinatoru Azərbaycan səfiri Rasim Rzayev olan “Azərbaycan ədəbiyyatı” toplusunun çap olunma məqsədi ərəbdilli xalqlara ədəbiyyat tariximizin görkəmli simalarını təqdim etməkdir.

Qeyd edək ki, aidiyyatı layihələrdə istifadə edilməsi üçün topludan Azərbaycan Xarici İşlər Nazirliyinə də təqdim edilib.

 





05.10.2017    çap et  çap et