525.Az

FHN yağıntılı hava şəraiti ilə bağlı məlumat yayıb


 

FHN yağıntılı hava şəraiti ilə bağlı məlumat yayıb<b style="color:red"></b> Fövqəladə Hallar Nazirliyi yağıntılı hava şəraiti ilə bağlı bəzi rayonlarda yaranmış vəziyyətlə bağlı məlumat yayıb.

525.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, respublikanın bəzi şəhər və rayonlarında, o cümlədən, İsmayıllı, Ağsu və Göyçayda yağış yağıb. Yağıntılar nəticəsində İsmayıllı rayonunun mərkəzində bəzi ərazilər yağış suları ilə dolub. Həmin ərazilərin yağış sularından təmizlənməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilib.
 
Hazırda Dövlət Yanğından Mühafizə Xidməti və Şimal-qərb Regional Mərkəzi tərəfindən suçəkmə işləri aparılır.
 





30.05.2013    çap et  çap et