525.Az

Neft Məktəbində Beynəlxalq Müəllimlər günü


 

Neft Məktəbində Beynəlxalq Müəllimlər günü <b style="color:red"></b> Bakı Ali Neft Məktəbində (BANM) müəllimlərin peşə bayramı münasibətilə tədbir keçirilib.
 
BANM-dən APA-ya bildirilib ki, rektor Elmar Qasımov Heydər Əliyev müəllim peşəsinə verdiyi dəyərdən, bu peşə sahiblərinin əməyinin cəmiyyətin tərəqqisindən, Azərbaycan gənclərinin formalaşmasında rolundan danışıb.
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin I vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış edərək bildirib ki, müəllim peşəsi tarixən cəmiyyətdə ən dəyərli, müqəddəs və şərəfli peşələrdən biri hesab edilir. Müəllim peşəsinin vacibliyini, gözəlliyini və eyni zamanda çətinliyini, məsuliyyətini yaxşı anlayan əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşıb, yüksək qiymətləndiriblər.
 
“Mübaliğəsiz deyə bilərik ki, bu gün müstəqil dövlətimizin daha da gücləndirilməsində fəal iştirak edən, cəmiyyətdə öz layiqli və vicdanlı vətəndaş mövqeyi ilə seçilən insanlar müəllim əməyinin yetirmələridir. Bizim hər birimizin layiqli vətəndaş kimi yetişməyimizdə müəllimlərimizin böyük və əvəzsiz xidmətləri var”, - deyə Xoşbəxt Yusifzadə bildirib.
 
Tədbirdə təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə ali məktəbin bir qrup qabaqcıl təhsil işçisi fəxri diplomlarla təltif olunub.
 
Tədbir konsert proqramı ilə davam edib.
 





05.10.2017    çap et  çap et