525.Az

Rusiyalı jurnalist Ukraynadan deportasiya edildi


 

Rusiyalı jurnalist Ukraynadan deportasiya edildi<b style="color:red"></b> Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın NTV kanalının jurnalisti Vyaçeslav Nemışevi ölkədən çıxarıb.
 
APA-nın RİA "Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
 
Jurnalistin 3 il ərzində Ukraynaya girişi qadağan edilib.
 
Rusiya Federasiyası İctimai palatası bu məsələyə operativ reaksiya verməsi üçün ATƏT-in media azadlığı üzrə nümayəndəsinə müraciət edib.
 
Rusiya XİN də bu addımı mediaya təzyiq kimi qiymətləndirib və dünya ictimaiyyətini buna qiymət verməyə çağırıb.
 





05.10.2017    çap et  çap et