525.Az

Gədəbəydə yol qəzası baş verib, 6 nəfər yaralanıb


 

Gədəbəydə yol qəzası baş verib, 6 nəfər yaralanıb<b style="color:red"></b>

Azərbaycanda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb.

Gədəbəy Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol nəqliyyat hadisəsi Slavyanka kəndində qeydə alınıb.
 
Aftandil Sədyar oğlu Məmmədovun idarə etdiyi  “10-EF-757 ” dövlət nömrə nişanlı “Vaz 21-07”  avtomobillə Rizvan Abuzər oğlu Rzayevin idarə etdiyi “21-BC-406” dövlət nömrə nişan “VAZ 2121”  markalı avtomobil toqquşub. Qəza nəticəsində hər iki sürücü və “Vaz-2107”də olan Bərdə rayon sakini Elxan Telman oğlu Abbasov və 1959-cu il təvəllüdlü Rahilə İsmayıl qızı Ələkbərova, “Niva” markalı avtomobildə olan 1968-ci il təvəllüdlü Maya Əli qızı Rzayeva və 1990-cı il təvəllüdlü Sevinc Əliyeva xəsarət alıblar. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.

 





30.05.2013    çap et  çap et