525.Az

Günel Eminli “Cənnətdə payız”ı təqdim edəcək


 

Günel Eminli “Cənnətdə payız”ı təqdim edəcək<b style="color:red"></b>

Bu şənbə (7 oktyabr) yazıçı Günel Eminlinin "ATV kitab" seriyasında nəşr edilən "Cənnətdə payız" kitabının təqdimat və imza günü olacaq.

"Bəzən bir əsərdə Parisin bir uydurma küçəsindən bəhs edilər və həmin küçə o şəhərin xəritəsində olmasa belə, biz o şəhəri həmin küçəsilə daha çox sevərik. İstedadlı yazıçı Günel Eminlinin kəşf elədiyi bir küçə var:

“Hay-haraylı dilənçi küçəsi “. Nə “google-map”də tapa bilərsiz o küçəni, nə Bakının hər hansı başqa xəritəsində. Amma siz o küçədə həmişə gördüyünüz həqiqətlərə bir başqa nəzərlə baxacaqsız. “Ana kimdir?” sualının əsrarəngiz cavabını alacaqsız.

Günel Eminlinin ilk kitabında çoxlu böyük sualların adi görünən dərin cavabları var . O deyir ki, uşaqlıq-cənnətdir, biz sözü yox, söz bizi seçəndə maraqlı olur, azadlıq-xoşbəxtlikdir.

Onun hekayələri esselər qədər düşündürür, esseləri isə hekayələr qədər diridir, mütəhərrikdir."

Ünvan: AMEA Mərkəzi Elmi Kitabxana (BDU-nun əsas girişinin yanı)

QEYD: Kitabxananın tələbinə əsasən azyaşlı uşaqların tədbirə gətirilməsinə icazə verilmir.

Sim-sim.az

 





06.10.2017    çap et  çap et