525.Az

Məktəb-liseydə yaranan narazılıqlara aydınlıq gətirildi


 

Məktəb-liseydə yaranan narazılıqlara aydınlıq gətirildi<b style="color:red"></b> Bakı şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı məktəb-liseydə yaranan narazılıqlara aydınlıq gətirib.
 
APA-nın xəbərinə görə, paytaxt Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, məktəb-lisey kompleksinin direktoru Qafar Hüseynov tədris ilinin başlanmasına az qalmış əməliyyat keçirib və hazırda bu səbəblə işə çıxmır: "Lakin o, hələ də kompleksin direktoru vəzifəsində qalır. Ona görə də valideynlərin narahatlığının heç bir əsası yox idi. 

Hazırda idarənin əməkdaşı orada direktor vəzifəsini müvəqqəti icra edir".
 
M. Vəliyeva qeyd edib ki, Q. Hüseynovun xəstəliklə bağlı bülleteninin müddəti barədə onda məlumat yoxdur.
 





06.10.2017    çap et  çap et