525.Az

30-a yaxın məktəbə yeni direktor təyin olundu


 

30-a yaxın məktəbə yeni direktor təyin olundu<b style="color:red"></b> Yeni tədris ilində Bakı məktəblərinə yeni təyin olunan direktorların sayı açıqlanıb.
 
APA-nın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, direktorların fəaliyyəti yoxlanılır və layiq olmayanlar vəzifədən kənarlaşdırılır.

O deyib ki, bundan sonra da məktəblərin idarəçiliyi idarənin diqqət mərkəzində olacaq: "Çünki məktəb direktorunun təhsil müəssisəsində sağlam mühit yaratması və onu səmərəli idarə etməsindən böyük kollektivin fəaliyyəti asılıdır. Bu tədris ilində 30-a yaxın məktəbə yeni direktor təyin olunub.

Həmin məktəblərin rəhbərləri yaş həddi ilə əlaqədar, eləcə də fəaliyyətlərində müəyyən nöqsanlara yol verərək qanunvericiliyin tələblərini pozduqları üçün işdən uzaqlaşdırılıb".
 





06.10.2017    çap et  çap et