525.Az

Bakıda Azərbaycan-Avstraliya biznes forumu keçiriləcək


 

Bakıda Azərbaycan-Avstraliya biznes forumu keçiriləcək<b style="color:red"></b> Bakıda Azərbaycan-Avstraliya biznes forumu keçiriləcək.
 
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, oktyabr 18-də Avstraliya iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.
 
Səəfər çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Avstraliya biznes forumu keçiriləcək.
 
Tədbirə turizm, logistika, nəqliyyat, tikinti, təhsil, hüquq, daşınmaz əmlak, üzüm, şərab, ağartı məhsulları və ət istehsalı, mədən sənayesi və digər sahələrdə fəaliyyət göstərən 20-dən artıq Avstraliya şirkətinin qatılacağı gözlənilir.
 





07.10.2017    çap et  çap et