525.Az

"Sabah"ın gənc filoloqları üçün "Kitabi-Dədə Qorqud" mühazirəsi


 

"Sabah"ın gənc filoloqları üçün "Kitabi-Dədə Qorqud" mühazirəsi<b style="color:red"></b>

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Bakı Dövlət Universitetinin filologiya fakültəsinin "Sabah" qrupunun III kurs tələbələri üçün təşkil edilən "Azərbaycan yazılı abidələrinin dili" fənninin növbəti mövzusu  "Kitabi-Dədə Qorqud" dastanı olub.

Dastan haqqında dinləyicilərə institutun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əli Əliyev mühazirə oxuyub.
 
O, dastanın Drezden və Vatikan nüsxələrinin Əlyazmalar İnstitutunda qorunub saxlanılan foto sürətləri əsasında tələbələrə abidə ilə bağlı geniş məlumat verib, institutda dastanın tədqiqi və dünyada təbliği istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.

Mühazirəçi sonda dinləyiciləri maraqlandıran sualları cavablandırıb.

ŞAHANƏ

 





10.10.2017    çap et  çap et