525.Az

Yunanıstan səfiri Neft Məktəbində


 

Yunanıstan səfiri Neft Məktəbində<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nicolaos Kanellosla görüşüb.

Görüş zamanı Rektor Elmar Qasımov səfirə BANM-in yaranma tarixi, tədris prosesi, beynəlxalq əlaqələri və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

O, iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb.

E.Qasımov qeyd edib ki, cari ildə Erasmus + proqramı çərçivəsində BANM-in 5 tələbəsi Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində (PUAS) təhsilini davam etdirəcəklər. Bildirilib ki, gələcəkdə əlaqələrin daha da genişləndirilməsi və tələbələrin sayının artırılması nəzərdə tutulur.

Səfir Nicolaos Kanellos səmimi qəbula görə təşəkkür edib. O, Azərbaycanla əlaqələrin Yunanıstan üçün prioritet istiqamətlərdən biri olduğunu, xüsusilə təhsil və elm sahələrində qarşılıqlı əməkdaşlığın hər iki ölkə üçün faydalı ola biləcəyini bildirib.

Görüşdə, gələcək əməkdaşlıq, tələbələrin və professor-müəlim heyətinin mübadiləsi və elmi tədqiqatlar sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

S.QARAYEVA

 





11.10.2017    çap et  çap et