525.Az

Rus fotorəssamdan “Məni çağırırsan, Azərbaycan” fotosərgisi


 

Rus fotorəssamdan “Məni çağırırsan, Azərbaycan” fotosərgisi <b style="color:red"></b>

Oktyabrın 13-də “Nur Art House” qalereyasında rus fotorəssam Svetlana Komkovun “Məni çağırırsan, Azərbaycan” adlı fotosərgisi açılıb.

Sərgi Başqırdıstan Respublikasının Ufa şəhərindəki Rusiya Fotorəssamlar Birliyinin Regional Şöbəsi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı, “ Nur Art House” qalereyası, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilib.

Fotorəssam Svetlana Komkova çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, təşkil olunan foto sərginin Azərbaycanla Başqırdıstan arasında mədəni əlaqələrin inkişafına töhvə olduğunu vurğulayıb: “Fototur yalnız tanışlıq səfəri deyil, birinci növbədə Azərbaycan və Başqırdıstan arasında sosial və mədəni sahələrdə əlaqənin qurulmasıdır. Bu qarşılılı əlaqə iki qardaş xalq arasındakı maraq və mənəvi bağlılığı təmin etməyə imkan verir”.

Azərbaycan təbiəti haqqında təssüratlarını bölüşən fotorəssam bildirib ki,  Azərbayanla tanışlıq onun həyatının parlaq və vacib epizodlarından biridir. Onun əsas arzusu vahid kökdən doğan xüsusiyyətləri Ufa sakinlərinə çatdırmaq və Azərbaycanı Şərq mədəniyyətinin dəyərləri ilə Avropanın özəlliklərini özündə birləşdirən geniş turizm potensialına malik ölkə kimi tanıtmaqdır.

Sərgidə ölkəmizin unikal mədəniyyətinin böyük şərq xalqlarının irsi ilə sıx əlaqəsindən və S.Komkovun Azərbaycanda beş gün ərzində gəzib gördüyü yerlərdən bəhs edən fotolar nümayiş olunub.

Xədicə RƏHMAN

 





16.10.2017    çap et  çap et