525.Az

Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərləri görüşəcəklər


 

Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərləri görüşəcəklər<b style="color:red"></b> Bu gün Tbilisi şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi ordu generalı Hulusi Akar və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaianın iştirakı ilə görüş keçiriləcək.
 

525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin təmin edilməsində Silahlı Qüvvələrin rolunun müzakirəsi, o cümlədən, regional layihələrin təhlükəsizliyinin təmin olunmasında praktiki fəaliyyətlərin həyata keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
 





17.10.2017    çap et  çap et