525.Az
Əfqanıstanda 2 avtomobil partladıldı, 40 hərbçi həlak oldu
Əfqanıstanda növbəti terror aktı törədilib.
APA-nın "Tolo news" kanalına istinadən verdiyi məlumata görə, iki terrorçu-kamikadze Qəndahar əyalətinin Meyvənd rayonunda hərbi baza yaxınlığında iki avtomobili partladıb.
Nəticədə ən azı 40 hərbçi həlak olub.
Digər təfərrüatlar hələlik açıqlanmır.
19.10.2017 çap et