525.Az

AMEA-nın televiziyası yaradılacaq


 

AMEA-nın televiziyası yaradılacaq<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatının informasiyalaşdırılmasına dair Fəaliyyət Planının müzakirəsinə həsr olunmuş iclas keçirilib.

AMEA-nın mətbuat xidmətindən 525.az-a verilən xəbərə görə, iclasda çıxış edən AMEA-nın akademik-katibi Rasim Əliquliyev bildirib ki, Rəyasət Heyətinin Mərkəzi Aparatının informasiyalaşdırılmasına dair Fəaliyyət Planı çərçivəsində görüləcək işlərin yekunlaşdırılması üçün zəruri tədbirlər həyata keçirilməlidir.
 
İclasda AMEA RH-in Mərkəzi Aparatının kompüter avadanlıqlarının və şəbəkə infrastrukturunun yenidən qurulması, RH-ın struktur bölmələrinin fəaliyyətinin İT əsasında yenidən qurulması, elektron sənəd dövriyyəsi sisteminin işlənməsi, www.science.gov.az veb-portalının yenidən qurulması, AMEA-nın korporativ üslubunun yaradılması (loqotip, rəsmi blank, buklet, qapı lövhələri, vizit kartlar və digər atributlar), AMEA-nın “ElmTV” İnternet televiziya kanalının yaradılması, AMEA institut və təşkilatlarının dövri elmi nəşrlərinin analizi, AMEA RH-in hüquqi təminat şöbəsinin informasiya analitik sisteminin yaradılması məsələləri müzakirə edilib. 

 





31.05.2013    çap et  çap et