525.Az

Xavi: “Neymar Messinin toyunda “Barsa"dan gedəcəyini dedi”


 

Xavi: “Neymar Messinin toyunda “Barsa"dan gedəcəyini dedi”<b style="color:red"></b>

“Əl Sadd" klubunun futbolçusu Xavi Hernandes Neymarın “Barselona”dan ayrılmasından danışıb.

Qol.az-ın “BBC”yə istinadən yaydığı xəbərə görə, ispaniyalı yarımmüdafiəçi Neymarın “Barsa”dan ayrılacağı haqda onunla söhbət etdiyini bildirib:

“Messinin toyunda Neymar mənə klubunu dəyişmək istədiyini dedi. Səbəbini soruşanda cavab verdi ki, “Barselona”da xoşbəxt deyil, Avropada yeni təcrübə qazanmaq istəyir”.

Xavi sabiq komanda yoldaşının qərarına hörmət etdiyini deyib: “Neymar bunu elədi. Bu, onun seçimidir, hörmət etməliyik. Düşünürəm ki, PSJ Neymar və Mbappe ilə Çempionlar Liqasını qazan bilər”.
Реклама 27
  2416 dəfə baxılıb 

 





20.10.2017    çap et  çap et