525.Az

Tramp BMT baş katibi ilə görüşdü


 

Tramp BMT baş katibi ilə görüşdü<b style="color:red"></b> ABŞ prezidenti Donald Tramp BMT-nin baş katibi Antoniu Quterriş ilə görüşüb.
 
APA-nın xəbərinə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.
 
Məlumata əsasən, söhbət zamanı Şimali Koreya, Suriya, İraq və Myanmardakı vəziyyət müzakirə olunub. ABŞ prezidenti həmçinin BMT-də islahatlarla bağlı məsələyə toxunub. 
 
“Prezident Tramp baş katibin BMT-nin səmərəliliyini artırılmasına yönələn səylərini dəstəkləyib”, məlumatda deyilir.
 





21.10.2017    çap et  çap et