525.Az

Rusiya XİN: "İŞİD-lə mübarizədə istənilən addımları təqdir edirik"


 

Rusiya XİN: "İŞİD-lə mübarizədə istənilən addımları təqdir edirik"<b style="color:red"></b> "Moskva İŞİD-lə mübarizədə istənilən addımları təqdir edir".
 
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Suriyanın Raqqa şəhərinin terrorçulardan azad edilməsi əməliyyatı ilə əlaqədar deyib.
 
"İŞİD-lə mübarizədə istənilən uğuru müsbət qarşılayırıq. Bu baxımdan Raqqada əldə olunanlar irəliyə doğru addımdır", - deyə o vurğulayıb.
 
Qeyd edək ki, Raqqa şəhərinin terrorçulardan azad edilməsi əməliyyatı beynəlxalq koalisiyanın köməyi ilə müxalif "Suriya Demokratik Qüvvələri" tərəfindən keçirilib.
 





21.10.2017    çap et  çap et