525.Az

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı rayonda seçkilər sakit keçir


 

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı rayonda seçkilər sakit keçir<b style="color:red"></b> Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda yerli idarəetmə orqanlarına seçkilər sakit keçir.
 
APA-nın yerli bürosunun xəbərinə əsasən, bu barədə rayonun seçki komissiyasından məlumat verilib.
 
Məlumata əsasən, bu vaxta qədər heç bir qanun pozuntusu qeydə alınmayıb: “Səsvermə prosesi qanuna uyğun gedir. Seçici fəallığı ilə bağlı ilk məlumat saat 10:00-da açıqlanacaq”.
 
Gürcüstanın Mərkəzi Seçki Komissiyasından ölkə üzrə bütün seçki məntəqələrində seçkilərin azad şəraitdə keçirildiyi bildirilir. Seçkilərin ilkin nəticələrinin saat 20:00-dan, səsvermənin başa çatmasından sonra açıqlanacağı gözlənilir.
 
Qeyd edək ki, bu gün Gürcüstan seçiciləri 64 bələdiyyəyə (sakrebulo) 2058 üzv və 64 icra başçısı seçəcəklər.
 





21.10.2017    çap et  çap et