525.Az

Gürcüstan müxalifətindən azərbaycanlıların yaşadığı rayonda seçicilərə təzyiq iddiası


 

Gürcüstan müxalifətindən azərbaycanlıların yaşadığı rayonda seçicilərə təzyiq iddiası<b style="color:red"></b> Müxalif “Avropalı Gürcüstan” partiyası hakim “Gürcü Arzusu” partiyasını azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda seçki prosesinə müdaxilədə ittiham edib.
 
APA-nın yerli bürosunun məlumatına əsasən, “Avropalı Gürcüstan” partiyasının Marneuli rayon icra başçısı vəzifəsinə namizədi Əhməd İmanquliyev deyib ki, hakim partiyanın nümayəndələri bir neçə seçki məntəqəsində yerli seçicilərə təzyiq göstərirlər.
 
Hakim “Gürcü Arzusu” partiyasının Marneuli rayon icra başçısı vəzifəsinə namizədi Temur Abazov isə müxalif partiyanın ittihamlarını əsassız adlandırıb: “Hakim partiyanın məqsədi seçkilərin demokratik şəraitdə keçirilməsinə nail olmaqdır”.
 





21.10.2017    çap et  çap et