525.Az

Qaçan məhkumların kimliyi məlum oldu - Yenilənib


 

Qaçan məhkumların kimliyi məlum oldu - <b style="color:red">Yenilənib</b> Bakıda qaçan məhbusların adları məlum olub.
 
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.
 
E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.
 
 
*** 09:25
 
Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qaçıb.
 
APA-nın əldə etdiyi xəbərə görə, məhkumlar Bakıdan qatarla Şirvana qatarla aparılırmış. Onlar qatar Biləcəri stansiyasında dayananda qaçmağa nail olublar.
 
Hazırda qaçan məhkumların axtarışı davam edir.
 





23.10.2017    çap et  çap et