525.Az

Lənkəranda 18 il öncə qazılan quyudan isti su çıxmağa başladı


 

Lənkəranda 18 il öncə qazılan quyudan isti su çıxmağa başladı<b style="color:red"></b> Lənkəranda 18 il öncə qazılan su quyusundan isti su çıxmağa başlayıb.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəranın Səpnəkəran kənd sakini, İmaməli Əliyev 1999-cu ildə su quyusu qazdırıb və quyudan çıxan sərin sudan istifadə olunub. Bu ilin avqust ayında anidən quyunun suyu qaynamağa başlayıb. Hazırda quyuda  suyun  temperaturu 50 dərəcədən artıqdır.
 
Suyun temperaturu ilə yanaşı dadı da dəyişib. Hətta meyvə ağalarına verilən su ağacları yandırıb. Ailə hazırda quyunun suyundan məişətdə isti su kimi istifadə edir.

Onlar aidiyyatı qurumlardan suyun keyfiyyətinin yoxlanmasını, vəziyyətin yerində araşdırılmasını istəyirlər.
 





23.10.2017    çap et  çap et