525.Az

Şəhid əsgərimiz dəfn edildi


 

Şəhid əsgərimiz dəfn edildi<b style="color:red"></b> Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Zeynalov Cabbar Firuddin oğlu bu gün anadan olduğu Saatlı rayonunda dəfn edilib.
 
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, 18 yaşlı şəhid əsgər rayonun Əhmədbəyli kənd qəbiristanlığında torpağa tapşırılıb.
 
Dəfn mərasimində əsgərin xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, Müdafiə Nazirliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 





23.10.2017    çap et  çap et