525.Az

Zidan 2017-ci ilin ən yaxşı məşqçisi seçildi


 

Zidan 2017-ci ilin ən yaxşı məşqçisi seçildi<b style="color:red"></b> FİFA İngiltərənin paytaxtı Londonda ötən ilin ən yaxşılarını mükafatlandırır.
 
Apasport.az saytının məlumatına görə, “Palladium” teatrında keçirilən “The Best” adlı tədbirdə müxtəlif nominasiyalarda ən yaxşılar bəlli olur.
 
Əvvəlcə 2017-ci ilin ən yaxşı qolu nominasiyasında qalib müəyyənləşib. Ardınca isə ilin ən yaxşı baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
 
Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan 2017-ci ilin ən yaxşı məşqçisi seçilib.
 
Qeyd edək ki, Zidan ötən mövsüm “Real”la İspaniya La Liqasının və Çempionlar Liqasının qalibi olub.
 





23.10.2017    çap et  çap et