525.Az

Ermənistanda xidmət yoldaşını öldürən rusiyalı əsgər intihar etdi


 

Ermənistanda xidmət yoldaşını öldürən rusiyalı əsgər intihar etdi<b style="color:red"></b> Ermənistanda hərbi poliqonda Rusiya Silahlı Qüvvələrinin əsgəri intihar edib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat verib.
 
Məlumata görə, müddətdən artıq xidmətdə olan hərbi qulluqçu odlu silahdan atəş açaraq təsadüfən xidmət yoldaşını öldürüb, sonra isə intihar edib.
 
“Oktyabrın 23-də “Alagəz” poliqonunda təlimlərdən sonra müddətdən artıq xidmətdə olan hərbi qulluqçu təhlükəsizlik tələblərini pozaraq avtomat silahdan atəş açıb və xidmət yoldaşını ölümcül yaralayıb. Bundan sonra məsuliyyətdən qorxaraq intihar edib”, məlumatda deyilir.
 
İnsidentlə əlaqədar hadisə yerində Cənub Hərbi Dairəsinin komissiyası işləyir.
 





24.10.2017    çap et  çap et