525.Az

Gürcüstan DİN azərbaycanlı şagirdin təhqir olunduğu məktəblə bağlı istintaq aparır


 

Gürcüstan DİN azərbaycanlı şagirdin təhqir olunduğu məktəblə bağlı istintaq aparır<b style="color:red"></b> Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisi şəhərinin 67 saylı məktəbində şagirdlərə qarşı mümkün zorakılıq faktı ilə bağlı istintaqa başlayıb.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, hazırda istintaq çərçivəsində dindirmə aparılır. Şagirdlərə qarşı fiziki təzyiq və təhqirə yol verdiyi bildirilən məktəbin kimya müəllimi Dodo Kezua da istintaqa cəlb olunub.
 
Xatırladaq ki, D.Kezua azərbaycanlı qız şagirdini də təhqir etməkdə suçlanır. O, artıq işdən azad olunub.
 





24.10.2017    çap et  çap et