525.Az

Demokratik Tələbə Gənclər Təşkilatı Ağsuda maarifləndirici informasiya sessiyası təşkil edib


 

Demokratik Tələbə Gənclər Təşkilatı Ağsuda maarifləndirici informasiya sessiyası təşkil edib<b style="color:red"></b>

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Ağsu rayonunda 40-a yaxın yeniyetmə və gəncin iştirakı ilə maarifləndirici informasiya sessiyası təşkil edib.

525.az-ın məlumatına görə,  sessiya Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İbtidaidən aliyə: insan hüquqlarının tədrisi” adlı layihə çərçivəsində baş tutub.
Layihənin I mərhələsində hazırlıq işlərindən, çap materiallarının nəşrindən, regionlarda insan hüquqları və fundamental azadlıqların tədrisinə dair sorğu və monitorinqlərin keçirilməsi və hesabatın hazırlanmasından sonra maarifləndirici informasiya sessiyalarına start verilib.

2 gun davam edən sessiyasının açılışında Ağsu rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin, rayon təhsil şöbəsinin məsul əməkdaşları, ADTGT sədr müavini Gülnarə Bağırova və layihə təlimçisi-ekspert Dadaş Əhmədov iştirak ediblər.

Rəsmi hissədən sonra informasiya sessiyası təlimçi-ekspert tərəfindən interaktiv üsullarla davam etdirilib. İlk olaraq yeniyetmə və gənclərə testlər təqdim olunaraq onlar cavablandırılıb. İnsan hüquqları, əsas haqlar, fundamental azadlıqlar, uşaq hüquqları və digər maraqlı mövzularda geniş məlumatlar verilib və təqdimatlar keçirilib. İnformasiya sessiyası yeniyetmə və gənclərin sual-cavabları, maraqlı fikir, mövqey və təklifləri ilə davam etdirilib.

Rəsmilər və müəllimlər iştirakçılara paylanan kitabça və təbliğati plakatların bu sahədə bilik və məlumatların artmasında əhəmiyyətli rol oynacağını vurğulayıblar. Müxtəlif mövzularda davam edən sessiyanın sonuncu günü yeniyetmə və gənclərin əldə etdikləri informasiya səviyyələrini müəyyənləşdirmək üçün qiymətləndirmə aparılıb. 

Layihənin icra planına uyğun növbəti fəaliyyətlər kimi Bakıda dəyirmi masa və TV-radio proqramın yayımı həyata keçiriləcək.

 





03.06.2013    çap et  çap et