525.Az

Beynəlxalq Filateliya Sərgisində Türk dövlətlərinə aid guşə


 

Beynəlxalq Filateliya Sərgisində Türk dövlətlərinə aid guşə <b style="color:red"></b>

Braziliyanın paytaxtında Beynəlxalq Filateliya Sərgisi keçirilir.

Oktyabrın 24-dən 29-dək davam edəcək tədbirdə Azərbaycanın Braziliyadakı Səfirliyinin təşəbbüsü və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Azərbaycan, Qazaxıstan və Türkiyəyə aid poçt markalarından ibarət güşə təşkil edilib.

Səfirlikdən verilən məlumata görə, adıçəkilən fond tərəfindən təqdim edilən markalar hər üç ölkənin zəngin filatelist ənənələrini sərgi iştirakçılarına nümayiş etdirir.

Braziliyada səfərdə olan fondun prezidenti Günay Əfəndiyeva güşəni ziyarət edərək, ziyarətçilərə bölgənin filatelistika tarixi və ənənələrindən danışıb və çoxsaylı sualları cavablandırıb.

Qeyd edək ki, ilk dəfə Braziliya şəhərində on iki min kvadrat metr ərazisi olan “Ulysses Guimaraes” beynəlxalq sərgi mərkəzində təşkil olunan sərgidə əlli beş ölkədən iştirakçılar qeydiyyata alınıb, onların sərgi salonunda güşələri təşkil edilib və bununla da filateliya ilə maraqlanan on minlərlə insan təqdim olunmuş ekspozisiya ilə tanış olmaq imkanı əldə ediblər.

Ceyhun ABASOV

 





26.10.2017    çap et  çap et