525.Az

Belarus Dövlət İqtisadiyyat Universitetində Nar bayramı


 

Belarus Dövlət İqtisadiyyat Universitetində Nar bayramı <b style="color:red"></b>

Oktyabrın 26-da Belarus Dövlət İqtisadiyyat Universitetində azərbaycanlı tələbələrin təşkilatçılığı ilə Nar bayramı keçirilib.

Universitetin Beynəlxalq Əlaqələr fakültəsinin üçüncü kurs tələbəsi Ağabalayeva Arzu və Maliyyə işi fakültəsinin ikinci kurs tələbəsi Hüseynli Vüsalənin aparıcılığı ilə baş tutan tədbirdə universitet rəhbərliyi, ziyalılar, eləcə də türkmən, çin, hind, rus, gürcü xalqlarının nümayəndələri iştirak edib.

Qonaqlara Azərbaycan haqqında geniş məlumat verilib, qısametrajlı film göstərilib. Milli xörəklər, şirniyyatlar, eləcə də Göyçay narı təqdim olunub. Univetsitetin tələbələrindən Fuad Məmmədov milli rəqs ifa edib. Azərbaycan poeziya nümunələri səsləndirilib.

Sonda çıxış edən texniki elmlər namizədi Kolyada Yelena Vladimirovna məmnunluğunu ifadə edib, Azərbaycana böyük sevgi bəslədiyini vurğulayıb: "Tədbir çox xoşuma gəldi. Tələbələrin zəhməti olduqca təqdiredicidir. Qısa zaman ərzində belə kompozisiya hazırlamaq böyük zəhmət tələb edir. Hər zaman Azərbaycana qarşı böyük sevgi bəsləmişəm. Tələbəlik illərində Bakı Dövlət Universitetinin tələbələri ilə dostluq əlaqələrimiz mövcud idi. Universitetimizin azərbaycanlı tələbələri həmişə öz milli kimliklərinin təbliğinə diqqət ayırır, Azərbaycanla bağlı bütün tədbirlərdə vətənlərini layiqincə təmsil edirlər.

Məhəmməd TURAN
Minsk, Belarusiya

 





26.10.2017    çap et  çap et