525.Az

Qızıl 1 dollar ucuzlaşıb


 

Qızıl 1 dollar ucuzlaşıb<b style="color:red"></b> Amerika fond bazarında Dow Jones indeksi 0,31% - 23 400,86 bəndədək, S&P 500 0,13% - 2 560,40 bəndədək bahalaşıb, NASDAQ isə 0,11% - 6 556,77 bəndədək ucuzlaşıb.
 
"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,53% - 7 486,50 bəndədək, Almaniya DAX-ı 1,39% - 13 133,28 bəndədək, Fransa CAC-40-ı isə 1,50% - 5 455,40 bəndədək bahalaşıb.
 
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,00 dollar azalaraq 1 268,60 dollara, gümüş isə 0,03 dollar ucuzlaşaraq 16,78 dollara satılıb.
 





27.10.2017    çap et  çap et