525.Az

Neftin qiyməti psixoloji həddi aşdı


 

Neftin qiyməti psixoloji həddi aşdı<b style="color:red"></b> Dünya birjalarında neft bahalaşır.
 
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,01 dollar və ya 0,02% artaraq 52,65 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri isə 0,10 dollar və ya 0,17% artaraq 59,40 dollar olub.
 
Beləliklə, Brent markalı neftin qiyməti 59 dollar olan psixoloji həddi aşmaqla yanaşı, ikiillik maksimuma yaxınlaşıb.
 
Nefti Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falihin açıqlaması bahalaşdırıb. Nazir bəyan edib ki, Səudiyyə Ərəbistanı bundan sonra da neft bazarının balanslaşdırılmasına dair müvafiq addımlar atacaq.
 





27.10.2017    çap et  çap et